"LUKoyl" İrana yatırım etmək niyyətindədir

"LUKoyl" İrana yatırım etmək niyyətindədir Bu barədə qərar sanksiyalar aradan qaldırıldıqdan sonra veriləcək
Sənaye
21 Aprel , 2015 08:24
LUKoyl İrana yatırım etmək niyyətindədir

Bakı. 21 aprel. REPORT.AZ/ "LUKoyl" şirkəti Meksika və İranda hissə almaq üzrə layihələri nəzərdən keçirir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov məlumat verib.

"Bəli, biz bir sıra layihələri nəzərdən keçiririk, lakin bu 2015-2016-cı illərdə olacaq. Bu iki il ərzində biz bir sıra meqalayihəmizi istismara verməliyik. Ona görə hazırda bütün diqqətimizi bu layihələrə cəmləşdirmişik. 2016-cı ildən sonra isə "LUKoyl" şirkətinin potensialı sözügedən hissələri iqtisadi cəhətdən səmərəli olacağı təqdirdə əldə etməyə imkan verəcək", - deyə Ələkbərov bildirib.

İş adamının sözlərinə görə, şirkət İrana sanksiyalar aradan qaldırıldıqdan sonra qayıdacaq.

"Biz bu məhdudiyyətlər tətbiq olunanadək geoloji kəşfiyyat sahəsində işləyirdik və "Anaran" yatağı açmışdıq. Təəssüf ki, biz məhdudiyyətlər tətbiq edildikdən sonra oradan getmək məcburiyyətində qaldıq. Ümid edirik ki, hazırda gedən siyasi dialoq orta təcili perspektivdə İran ərazisinə investisiya yatırmaq imkanı verəcək. Biz bu yatağa qayıtmaq istərdik", — deyə Vahid Ələkbərov qeyd edib.

Son xəbərlər

Orphus sistemi