Yuxarı

Vahid Ələkbərov

 - 

Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti



2006

2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının – 793 milyarderin siyahısında 37-ci yeri "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov tutur.

1993

1993-ci ildən indiyədək "Lukoyl" şirkətinə prezidentlik edən V.Ələkbərov "Şərəf nişanı", Dostluq ordeni, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub.

1991

1991-ci ildə SSRİ neft və qaz sənayesi nazirinin birinici müavini vəzifəsində çalışıb.

1990

1990-1991 - SSRİ neft və qaz sənayesi nazirinin müavini işləyib.

1987

1987-1990 - "Koqalımneftqaz"ın baş direktoru olub.

1985

1985-1987 - "Başneft" müəssisəsinin baş direktorunun birinci müavini işləyib.

1983

1983-1985 - "Povxneft"də idarə rəisi vəzifəsinə təyin olunub.

1981

1981-1983 - "Surqutnefqaz"ın nəzdindəki "Ləntorneft"in (Tümen vilayətinin Surqut rayonunun Lənqtər qəsəbəsi) baş mühəndisi, rəis müavini işləyib.

1980

1980-1981 - "Surqutneftqaz"ın nəzdində olan "Xolmoqorneft" müəssisəsinin baş mühəndisi, texnoloji xidmətin rəisi vəzifələrində çalışıb.

1979

1979 - SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində olan "Surqutneftqaz" müəssisəsinin 2 saylı "Fedorovskneft" neft mədəninin baş mühəndisi işləyib.1979-1980 - "Fedorovskneft" mədəninin rəisi vəzifəsinə təyin olunub.

1978

1978 - "Kaspromneft" müəssisəsində neft və qaz hasilatı üzrə usta, 1978-1979 - baş mühəndis, "Kaspromneft"də mədən rəisinin müavini vəzifələrində çalışıb.

1977

1977-1978 - "Kaspromneft"in 2 nömrəli mühəndis-texnoloji xidmətində növbə rəisi işləyib.

1974

V.Ələkbərov əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayıb. İnstitutu 1974-cü ildə neft və qaz mədənlərinin emalının kompleks mexanikləşdirilməsi və texnologiyası üzrə dağ mühəndisi ixtisası üzrə bitirib.

1950

1950-ci il sentyabrın 1-də Bakıda anadan olub.