Koronavirusa görə “AzerGold”un ixracı dayandırılıb
Sənaye
- 09 aprel, 2020
- 10:53
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasil etdiyi metalların daşınması xidmətini həyata keçirən ixtisaslaşmış beynəlxalq logistika şirkəti pandemiya səbəbindən müntəzəm uçuşlar dayandırıldığı üçün xidmət göstərə bilmir.
Bunu “Report”a “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev bildirib.
O qeyd edib ki, buna görə də ixrac əməliyyatları həyata keçirilmir: “Ümid edirik ki, sözügedən şirkət qısa zaman kəsiyində xidmətə başlayacaq. Əks halda, Cəmiyyət alternativ yolla daşınma üçün müraciət edəcək. Bu isə müvafiq çarter reyslərinin təşkil edilməsi deməkdir. Çarter təyyarə reyslərinin təşkil edilməsi indiki halda kifayət qədər böyük vəsait tələb edir və 5-6 dəfə daha artıq izafi xərclər deməkdir”.
Son xəbərlər
03:00
Vuçiç BMT-nin fəaliyyətindən narazıdır
Digər ölkələr02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37