“Boeing” 737 MAX böhranından sonra artan sifarişləri və şirkətin bərpasını əks etdirən ən çox satılan 737 dargövdəli təyyarəsinin istehsalını 2025-ci ilin iyul ayına qədər rekord səviyyəyə – ayda azı 57 ədədə çatdırmağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə
Məqsəd bir neçə il öncə təyyarə qəzaları ilə əlaqədar yaranmış sıxıntılara görə nail olunmamış hədəfə çatmaqdır.
Həm “Boeing”, həm də onun Avropadakı rəqibi “Airbus” hava səyahətləri və təyyarə satışlarının bərpası ilə iddialı artım hədəfləri qoyublar. “Airbus” tələb olunan təkdəhlizli (dargövdəli) təyyarələri ABŞ-nin təyyarə istehsalçısından daha sürətli istehsal edib.
“Boeing” bu planı özünün baş tədarük cədvəlinin son versiyasında qeyd edib. Agentliyin mənbəyi bildirib ki, həmin cədvəl aviaistehsalçı tərəfindən sentyabrın ortasında təsdiqlənib. Sənəd ictimaiyyətə açıq olmadığından mənbə gizliliyinin qorunmasını istəyib.
“Boeing” şərh verməkdən imtina edib. “Boeing Commercial Airplanes”in rəhbəri Sten Dilin iyun ayında “Bloomberg TV”yə verdiyi açıqlamaları təsdiqləyən cədvəl 2023-cü ilin dekabr ayına qədər 737 istehsalının ayda 42 təyyarəyə çatmasını hədəfləyir.
Beləliklə, aylıq 737, o cümlədən 737 MAX, həmçinin hərbi aviasiyada istifadə olunan keçmiş modellərin istehsalı 2024-cü ilin iyun ayında 47,2-yə, eyni ilin dekabrında 52,5-ə, 2025-ci ilin iyulun ayında 57,7 təyyarəyə yüksələcək.