Bakı. 29 oktyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda 3 175 kiloqram qızıl filizləri və konsentratlarının istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 0,76% çoxdur.
“Report”un məlumatına görə, bu barədə 2019-cu il büdcə zərfində deyilir.
Məlumata görə, 2020-ci ildə 3 429 kiloqram, 2021-ci ildə 3 703 kiloqram, 2022-ci ildə 3 999,6 kiloqram qızıl filizləri və konsentratlarının istehsal olunacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən, ölkədə 3 151 kiloqram qızıl filizləri və konsentratları istehsal olacağı ehtimal olunur.
Gələn il ölkədə 2 090 kiloqram gümüş filizləri və konsentratlarının istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 2,70% çoxdur.
Belə ki, 2020-ci ildə 2 194,5 kiloqram, 2021-ci ildə 2 304,2 kiloqram, 2022-ci ildə 2 479,4 kiloqram gümüş filizləri və konsentratlarının istehsal olunacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən, ölkədə 2 047 kiloqram gümüş filizləri və konsentratları istehsal olacağı ehtimal olunur.