Yuxarı

Gələn il Azərbaycanda 100 min ton polipropilen istehsalı nəzərdə tutulur

Dinlə

Bakı. 25 oktyabr. REPORT.AZ/ 2019-cu ildə “SOCAR Polymer”in Polipropilen Zavodunda 100 min ton həcmində məhsul istehsalı proqnozlaşdırılır.

“Report” bu barədə 2019-cu il büdcə zərfinə istinadən xəbər verir.

Proqnoza görə, zavodda 2020-ci ildə 160 min ton, 2021-ci ildə 170 min ton, 2022-ci ildə isə 180 min ton polipropilen istehsalı nəzərdə tutulub.

Xatırladaq ki, Polipropilen Zavodunun açılışı bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Zavodun illik istehsal gücü 184 min ton təşkil edir.

Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda genişçeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. 

Oktyabr ayının əvvəlinədək zavodda 6 min tona yaxın polipropilen istehsal edilib. Bu il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb. İlkin olaraq 170 ton məhsul Türkiyə bazarına ixrac olunub. Məhsulun ixracını SOCAR-ın ticarət qolu - “SOCAR Trading” şirkəti həyata keçirir.

Zavodun məhsullarının 70%-nin ixrac olunması, 30%-nin isə daxili bazara yönəldilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi