EBRD Azərbaycanda kraft-paket istehsalının yaradılmasını dəstəkləyib

Sənaye
  • 22 dekabr, 2021
  • 16:02
EBRD Azərbaycanda kraft-paket istehsalının yaradılmasını dəstəkləyib

Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Kiçik Biznesə Təsir Fondunun (SBIF) maliyyə dəstəyi ilə “Altey” MMC tərəfindən kraft kağız paketlərinin istehsalı üçün mini zavodun tikintisinini nəzərdə tutan yol xəritəsinin yaradılmasında dəstək göstərib.

“Report” xəbər verir ki, bu barədə EBRD məlumat yayıb.

“Altey” Azərbaycanın bir çox sənaye şirkətləri ilə əməkdaşlıq edərək topdansatış əsasında kraft kağızı təqdim edir. Son iki il ərzində şirkət yerli bazarda kraft kağızın aparıcı təchizatçılarından birinə çevrilib.

"Bu yaxınlarda “Altey” şirkətinə təqdim olunmuş bazar araşdırmasına görə, Azərbaycanda kraft kağız torbalara illik tələbat 100 milyondur və getdikcə artır. Bu artımın trayektoriyası şirkəti öz daxili istehsalını qurmaq və idxaldan asılılığı azaltmaq üçün mini zavodun tikintisini planlaşdırmağa təşviq edib. Bu qərar COVID-19-un qlobal təchizat zəncirlərinə təsiri ilə sürətlənib", - məlumatda deyilir.

“Əməliyyatlarımız baxımından yeni mərhələyə keçirik. Bununla da, biz müştəri bazamızı şaxələndirməyə, şirkətin rəqabət qabiliyyətini artırmağa və biznesi inkişaf etdirmək və böyütmək imkanı verən istehsalçıya çevrilmişik”, - deyə “Altey” şirkətinin direktoru Gündüz Nəbiyev deyib.

Şirkət, biznes-planın hazırlanması və kredit müraciəti prosesi ilə bağlı məsləhətləşmələr üçün EBRD-nin Kiçik Bizneslər üçün Məsləhət proqramından kömək istəyib.

“Layihənin nəticəsi olaraq biz kredit götürə bildik, lazımi avadanlıq aldıq, Balaxanı Sənaye Parkının rezidenti olduq və kraft kağız paketlərinin istehsalına başladıq”, - deyə “Altey”in hazırkı Baş direktor İlkin Ağazadə bildirib.

Bu yeni mini zavodun yerləşdiyi məkan, ona vergi endirimləri ilə yanaşı, subsidiyalaşdırılmış elektrik enerjisi, qaz və su da daxil olmaqla sənaye parklarının rezidentləri üçün dövlət güzəştlərindən istifadə etməyə imkan verir.

Bu üstünlüklərin, müasir yeni avadanlıqların və öz istehsal kvotalarını saxlamaqla müəyyən dərəcədə muxtariyyətin birləşməsi şirkətə mövcud və potensial müştərilərə yüksək keyfiyyətli məhsullar təklif etməyə və təbii şəkildə böyüməsini təmin edib və şirkətin dövriyyəsi fəaliyyətə başlayandan 22 % artıb.

Həqiqətən də, pandemiyaya baxmayaraq “Altey” işçi qüvvəsini azaltmayıb, əksinə yeni istehsal obyektində yeni iş yerlərini yaradıb..

Xatırladaq ki, inkişaf edən və potensial gəlirli bazara daxil olmaq məqsədi ilə qurulan "Altey" 2017-ci ildə Rusiyadan Azərbaycana kraft kağızı idxal etməyə başlayıb. Bununla yanaşı, şirkət İsveç və Estoniyadakı təmaslar vasitəsilə əlavə tədarüklərə başladı.

"Həqiqətən də, pandemiya ilə bağlı azalmanın müşahidə olunduğu 2020-ci ildən başqa, "Altey" tərəfindən idxal edilən kraft kağızın həcmi şirkət yarandığı gündən ildən-ilə artıb – bu müddət ərzində iki dəfədən çox artaraq 2017-ci ildəki 434 tondan 2021-ci ildə 1 070 tona çatıb. Eyni dövr ərzində kraft kağız paketlərinə tələbat kəskin şəkildə artıb, çünki pərakəndə satıcılar plastikdən uzaqlaşmağa çalışaraq ətraf mühitə daha az zərər verən və istehlakçılar üçün daha cəlbedici olan daha "yaşıl", təkrar emal edilə bilən həllər axtarmağa başlayıblar", - EBRD qeyd edir.

 

 

 

 

 

Son xəbərlər

Bütün Xəbər Lenti