Çin oktyabrda kömür idxalını kəskin artırıb

Çin oktyabrda kömür idxalını kəskin artırıb Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çin bu ilin oktyabr ayında xarici tədarükçülərdən 26,9 milyon ton kömür alıb.
Sənaye
8 Noyabr , 2021 15:03
Çin oktyabrda kömür idxalını kəskin artırıb

Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çin bu ilin oktyabr ayında xarici tədarükçülərdən 26,9 milyon ton kömür alıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, 2020-ci ilin eyni dövrünün göstəricisindən 96,2 % çoxdur.

Buna baxmayaraq ötən aydakı kömür idxalı son 5 ayın minimum göstəricisidir. Sentyabr ayına nisbətdə oktyabrdakı idxal 18,2 % azalıb. Bütövlükdə yanvar-oktyabr aylarında 257,34 milyon ton kömür idxal edilib. İllik ifadədə 1,9 % artım qeydə alınıb.

Çin hakimiyyəti idxalının həcmini artırmaqla qlobal miqyasda enerji daşıyıcılarının qiymətlərinin artımı fonunda sentyabrın sonundan ölkədə müşahidə edilən kömür çatışmazlığlı problemini həll etməyə çalışır. Sentyabrda Çinin bir çox əyalətləri elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq etdilər. Enerji tutumlu yüzlərlə müəssisə fəaliyyətini dayandırdı. Vəziyyəti sabitləşdirmək üçün hakimiyyət mədənləri açmaq və kömür hasilatını artırmaq qərarı verdi. Qiymət artımına yol verməmək üçün kömür hasil edən və onun ticarətini aparan milli müəssisələrdə inspeksiyalar aparıldı. Həmçinin Pekin bir ilə yaxın davam edən Avstraliyadan idxala tətbiq olunan qeyri-rəsmi qadağanı aradan qaldırdı.

Son xəbərlər

Orphus sistemi