Bakıda sənaye mallarının istehsalı artıb

Bakıda sənaye mallarının istehsalı artıb 2019-cu il ərzində Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7% artaraq 39,7 mlrd manat təşkil edib.
Sənaye
3 Fevral , 2020 13:56
Bakıda sənaye mallarının istehsalı artıb

2019-cu il ərzində Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7% artaraq 39,7 mlrd manat təşkil edib.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 80,7%-i mədənçıxarma, 17,2%-i emal, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,4% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,5%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,5% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin yanvarın 1-nə 230,6 mln manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 75,9 mln manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi