"Bakı beton konstruksiyaları" zavodunun illik dövriyyəsi 10 milyon manata çatdırılacaq

"Bakı beton konstruksiyaları" zavodunun illik dövriyyəsi 10 milyon manata çatdırılacaq "Bakı beton konstruksiyaları" zavodunun illik dövriyyəsinin 10 milyon manata çatdırılması hədəflənib
Sənaye
1 Noyabr , 2023 17:12
Bakı beton konstruksiyaları zavodunun illik dövriyyəsi 10 milyon manata çatdırılacaq

"Bakı beton konstruksiyaları" zavodunun illik dövriyyəsinin 10 milyon manata çatdırılması hədəflənib.

Bu barədə "Report"a açıqlamasında zavodun direktoru Vüsal Fətullayev deyib.

O bildirib ki, müəssisənin illik dövriyyəsi bazarın tempindən asılı olaraq dəyişir: "Pandemiya dövründə dövriyyə çox aşağı düşüb. Hazırkı dövrdə gözləntimiz 4-5 milyon manat arasındadır. Artıq yerli şirkətlərlə bu məbləğ həcmində müqavilələr bağlamışıq".

V.Fətullayev zavodun fəaliyyət istiqamətlərindən də danışıb: "Zavod 2008 ci ildə yaradılıb. Fəaliyyətinə beton boruların istehsalı ilə başlayıb. Daha sonra körpü tirləri də istehsal edib. Zavod qurulana qədər bu məhsulların hamısı Türkiyədən gətirilirdi və çox xərc aparırdı. Zavod qurulandan Azərbaycanın demək olar bütün bölgələrinə məhsul göndəririk. Ən sonuncu layihəmiz isə fibrobeton layihəsi olub. Fibrobeton zavodunun inşasında iştirak etdik və ölkədəki bir çox binanın üzləmə-fasad işlərini gördük. Zavodumuz tökmə beton konstruksiyalar sahəsində Azərbaycanda bir nömrəli zavoddur”.

O, qeyd edib ki, binaların tikintisində istifadə edilən konstruksiyalar, yəni fermalar, kalonlar, atmalar, su novları da bu zavodda istehdal edilir: "Boru zavodunda 3 fərqli seqmentə məxsus məhsul istehsalı var. Bunlardan birincisi baxış quyusu, ikincisi beton borular, üçüncüsü isə mikrotunel borularıdır. Zavodun quru beton istehsalı saatda 80 kubmetrdir. Zavodun illik beton məmulatları istehsalı potensialı 80 min kubmetrdir. Freş beton istehsalımız isə saatda 120 kubmetrdir. Bu da imkan verir ki, gələcəkdə biz istəsək, istehsal potensialımızı daha da artıra bilərik. Çünki zavod hazırkı beton məmulatlarının istehsalı səviyyəsindən artıq potensiala malikdir. Buna zavodun ərazisi də imkan verir. Burada 5 hektar ərazi var. Ərazi potensialı imkan verir ki, burada yeni istehsal sexləri qurulsun".

"Aldığımız hər bir məhsulu və istehsal etdiyimiz betonu laboratoriyamızda sınaqdan keçiririk. Fövqəladə Hallar Nazirliyi və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutla çox sıx əlaqələrimiz var. Lazım olduqda məhsulların fiziki-kimyəvi xarakteristikasının sınaq nəticələrini onlardan əldə edirik", - deyə V.Fətullayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi