“Azneftemaş” maliyyə vəziyyətini açıqlayıb

Sənaye
  • 04 dekabr, 2024
  • 12:24
“Azneftemaş” maliyyə vəziyyətini açıqlayıb

“Azneftemaş” ASC 2023-cü ili 630 min manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 14,1 % çoxdur.

Ötən il “Azneftemaş”ın vergiyəqədərki mənfəəti 787 min manat (əvvəlki ilə nisbətən 14,1 % çox), mənfəət vergisi ödəmələri isə 157 min manat (13,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azneftemaş”ın aktivləri 30,369 milyon manat olub ki, bu da illik müqayisədə 10,6 % azdır. Hesabat dövrünə şirkətin öhdəlikləri 12,3 % azalaraq 27,465 milyon manata düşüb, balans kapitalı isə 9,5 % artaraq 2,904 milyon manata çatıb.

Xatırladaq ki, "Azneftemash" 1953-cü ildən fəaliyyət göstərən eyni adlı müəssisənin bazasında 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 751 min manatdır. Müəssisə neft və qaz sənayesində istifadə olunan avadanlıqlar istehsal edilir.

Son xəbərlər

Bütün Xəbər Lenti