“AzerGold” Naxçıvanda 10 min metrədək buruq-qazma işləri aparacaq

“AzerGold” Naxçıvanda 10 min metrədək buruq-qazma işləri aparacaq Bakı. 3 oktyabr. REPORT.AZ/ “AzerGold” QSC Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Ortakənd-Xanağa” perspektivli sahəsində 10 min metrədək buruq-qazma işləri aparacaq.
Sənaye
3 Oktyabr , 2018 12:30
“AzerGold” Naxçıvanda 10 min metrədək buruq-qazma işləri aparacaq
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ “AzerGold” QSC Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Ortakənd-Xanağa” perspektivli sahəsində 10 min metrədək buruq-qazma işləri aparacaq.

Bu barədə “Report”a “AzerGold”dan bildirilib.

Sənaye əhəmiyyətli mis-qızıl filizlərinin aşkarlanması məqsədi ilə həyata keçiriləcək buruq-qazma işləri üzrə tenderin qalibi “AZ Dağ-Mədənistismar” MMC ilə müvafiq müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-ci ilin 4-cü rübündə Cəmiyyətin istifadəsində olan “Ortakənd-Xanağa” sahəsində İtaliyanın “Geostudi Astier srl” geofizika şirkətin texnoloji dəstəyi ilə aparılan yerüstü elektrik və maqnit kəşfiyyat işləri müsbət nəticələr verib. Belə ki, kəşfiyyat işləri zamanı mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər, o cümlədən “Ortakənd” mis-porfir, “Başkənd-Xanağa” səpinti qızıl yataqları, “Başkənd” mis, “Ortakənd-Xanağa” köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb.

Əsas fəaliyyət sahələri geoloji-kəşfiyyat, geodeziya axtarış işləri və geofiziki tədqiqatlar olan “AZ Dağ-Mədənistismar” MMC-nin “AzerGold” QSC ilə yanaşı, Azərbaycanda əlvan metal hasilatı üzrə fəaliyyət göstərən digər dağ-mədən şirkətləri ilə əməkdaşlıq təcrübəsi var.

“AzerGold” QSC-nin müxtəlif fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq qurarkən yerli şirkətlərə üstünlük verməsi yan sahələrin inkişaf etdirilməsinə əhəmiyyətli töhfə vermək məqsədi daşıyır”,- QSC-dən qeyd edilib.

Son xəbərlər

Orphus sistemi