​Azərbaycanın energetika nazirinin müavini Yaponiya telekanalına müsahibə verib

​Azərbaycanın energetika nazirinin müavini Yaponiya telekanalına müsahibə verib MBS telekanalı Azərbaycanın iqtisadi inkişafı, mədəniyyəti, adət-ənənələri və tarixi yerləri haqqında silsilə xarakterli reportajlar hazırlayır
Sənaye
4 Avqust , 2015 13:16
​Azərbaycanın energetika nazirinin müavini Yaponiya telekanalına müsahibə verib

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Yaponiyanın MBS televiziyasının “Real Sekai-kun” adlı proqramı üçün müsahibə verib. Bu barədə "Report"a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın iqtisadi inkişafı, mədəniyyəti, adət-ənənələri və tarixi yerləri haqqında silsilə xarakterli reportajlar verməyi nəzərdə tutan bu proqramın xüsusi bir buraxılışı enerji mövzusuna həsr edilib. Azərbaycanın neft-qaz ölkəsi kimi tanınmasını şərtləndirən amillər, zəngin enerji resurslarının növbəti 100 il üçün yetərli olması, həyata keçirilən enerji layihələri, ölkə iqtisadiyyatının neft-qazdan asılılığının azaldılması istiqamətində görülən tədbirlərlə bağlı suallar cavablandırılıb.

Bildirilib ki, Azərbaycan iqtisadiyyatı şaxələndirmək, neft amilindən asılılığı daha da azaltmaq kursunu seçsə də, Cənub Qaz Dəhlizi kimi layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı statusu onu hələ uzun müddət enerji ölkəsi kimi dünyaya tanıtdıracaq. 1959-cu ildən fəaliyyətə başlayan MBS televiziyası Yaponiya əhalisinin 2 mln. nəfəri, yəni 17%-ni təşkil edən Kansai regionunun ən geniş yayım sahəsini əhatə edir.

Son xəbərlər

Orphus sistemi