Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb

Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 47,8 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox sənaye məhsulu istehsal edilmiş, məhsul istehsalı n
Sənaye
14 Oktyabr , 2024 12:22
Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 47,8 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox sənaye məhsulu istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə məhsul istehsalı neft-qaz sektorunda 0,6 %, qeyri neft-qaz sektorunda isə 8,7 % artıb.

Sənaye məhsulunun 64 %-i mədənçıxarma sektorunda, 30,2 %-i emal sektorunda, 4,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4 % azalıb, əmtəəlik qaz hasilatı isə 5,2 % artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 %, əczaçılıq məhsullarının istehsalı 47,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 42,9 %, hazır metal məmulatlarının istehsalı 38,1 %, mebel istehsalı 35,8 %, elektrik avadanlıqlarının istehsalı 34,1 %, metallurgiya sənayesi məhsullarının istehsalı 29,9 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 23 %, tikinti materiallarının istehsalı 22,9 %, içkilərin istehsalı 19,9 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 19,2 %, tütün məmulatlarının istehsalı 12,9 %, kimya sənayesi məhsullarının istehsalı 9,6 %, kağız və karton istehsalı 8,2 %, qida məhsullarının istehsalı 7 %, neft məhsullarının istehsalı 2,8 % artıb, geyim istehsalı 0,1 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,6 %, toxuculuq sənayesi məhsullarının istehsalı 7,6 %, sair sənaye məhsullarının istehsalı 7,8 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,4 %, poliqrafiya məhsullarının istehsalı 23,1 %, maşın və avadanlıqların istehsalı 40,1 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,1 % artıb.

Son xəbərlər

Orphus sistemi