Azərbaycanda kompüter istehsalı 3 dəfədən çox artıb

Sənaye
  • 15 iyul, 2023
  • 12:43
Azərbaycanda kompüter istehsalı 3 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 116,2 milyon manat təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 6,4 %, kompüter, elektron və optik məhsulların istehsalı isə 88,9 % artıb.

Bu ilin 6 ayında 2 952 ədəd stolüstü kompüter (3,3 dəfə çox), 152,6 min ədəd ölçmə cihazları (2 dəfə çox), 300 ədəd güc transformatorları (9,9 % çox), 4 444 ədəd elektrik tənzimləyici cihazları (35,3 % az), 4 566,7 ton digər elektrik naqilləri (7,5 % çox), 578 məişət soyuducuları və dondurucuları (58,7 % az) istehsal edilib.