Azərbaycanda əczaçılıqla bağlı potensial investorların təklifləri araşdırılır

Azərbaycanda əczaçılıqla bağlı potensial investorların təklifləri araşdırılır Həmçinin, gübrə istehsalı ilə də bağlı təkliflər üzrə danışıqlar aparılır
Sənaye
29 Aprel , 2016 11:05
Azərbaycanda əczaçılıqla bağlı potensial investorların təklifləri araşdırılır

Bakı. 29 aprel. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkında rezident statusunun alınması üçün 10-a qədər yeni müraciət daxil olub və hazırda həmin müraciətlər araşdırılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov deyib.

Z.Məmmədovun sözlərinə görə, hazırda gündəmdə olan əsas məsələ əczaçılıqla bağlı rezidentlərin qəbul edilməsi ilə bağlıdır: "Hazırda əczaçılıq istiqaməti üzrə şirkətlərlə danışıqlar aparılır. İlk öncə gündəlik istifadə edilən və həyati əhəmiyyətli dərmanlar istehsal ediləcək. Həmçinin aqrar sənayesi də əhəmiyyətli istiqamətlərdən biridir. Gübrələrin istehsalı ilə də bağlı təkliflər almışıq və bu istiqamətdə aktiv danışıqlar aparılır".

Son xəbərlər

Orphus sistemi