Azərbaycanda beton istehsalı 30 %-ə yaxın artıb

Sənaye
  • 02 yanvar, 2025
  • 10:01
Azərbaycanda beton istehsalı 30 %-ə yaxın artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 4 milyon 607 min ton beton istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 29,5 % çoxdur.

Təkcə noyabr ayında isə 412 min ton beton istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 11,4 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 4 milyon 54,3 min ton beton istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 7,6 % azdır.

44 - Tezliklə