Azərbaycanda beton istehsalı 12 %-dən çox artıb

Sənaye
  • 20 yanvar, 2025
  • 12:38
Azərbaycanda beton istehsalı 12 %-dən çox artıb

Ötən il Azərbaycanda 5 milyon 18 min ton beton istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 12,1 % çoxdur.

Təkcə dekabr ayında isə 411 min ton beton istehsal olunub ki, bu da 2023-cü ilin göstəricisindən 17 % azdır.

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 5,8 min ton hazır məhsul ehtiyatı olub.