Azərbaycan və Ukrayna neft və qaz yataqlarının kəşfiyyatı sahəsində əməkdaşlıq imkanlarını razılaşdırıb

Azərbaycan və Ukrayna neft və qaz yataqlarının kəşfiyyatı sahəsində əməkdaşlıq imkanlarını razılaşdırıb Xarkov Dövlət Aviasiya İstehsalat müəssisəsi Azərbaycana təyyarələr ixrac edəcək
Sənaye
7 May , 2015 14:37
Azərbaycan və Ukrayna neft və qaz yataqlarının kəşfiyyatı sahəsində əməkdaşlıq imkanlarını razılaşdırıb

Bakı. 7 may. REPORT.AZ/ Xarkov vilayət administrasiyası Xarkov sənaye müəssisələrində istehsal olunan malların ixracı ilə bağlı və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə dair Azərbaycanla danışıqlar aparır. "Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın "Xarkovmaş" müəssisəsi və Azərbaycan nümayəndələri arasında danışıqlar zamanı ukraynalı mütəxəssislərin Azərbaycanda neft və qaz yataqlarının kəşfiyyatının aparılmasına dair razılıq əldə olunub. 

Gələcəkdə geofizika sahəsində ixtisaslaşdırılmış işlərin yerinə yetirilməsi üçün birgə müəssisənin yaradılması planlaşdırılır. 

Həmçinin Xarkov Dövlət Aviasiya İstehsalat müəssisəsi Azərbaycana An-74 tipli təyyarələr göndərəcək.

"FED" elmi-istehsalat birliyi Azərbaycan hərbi-dəniz qüvvələri və aviaşirkətlərini yanacaq-tənzimləyici, hidravlik sistemləri üçün aqreqatlarla təchiz edəcək. Artıq 20 aqreqatın hazırlanması haqqında razılıq əldə olunub. 

"Elektrotyajmaş" dövlət müəssisəsi Azərbaycan şirkətlərini elektrik avadanlığı dəstləri, elektrik mühərrikləri və generatorlarla təchiz edəcək. 

Son xəbərlər

Orphus sistemi