Azərbaycanda sənaye istehsalı 1 % azalıb

Azərbaycanda sənaye istehsalı 1 % azalıb Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ildə 86 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 1,1 % az sənaye məhsulu istehsal edilib.
Sənaye
17 Yanvar , 2023 12:11
Azərbaycanda sənaye istehsalı 1 % azalıb

2022-ci ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 86 milyard manatlıq və yaxud 2021-ci illə müqayisədə 1,1 % az sənaye məhsulu istehsal edilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,1 % artıb.

Sənaye məhsulunun 75,4 %-i mədənçıxarma sektorunda, 20,6 %-i emal sektorunda, 3,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,6 % azalıb, əmtəəlik qaz hasilatı isə 7,3 % artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,9 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 93,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 68%, maşın və avadanlıqların istehsalı 58,8 %, geyim istehsalı 46,2 %, poliqrafiya məhsullarının istehsalı 42,2 %, mebel istehsalı 25,8 %, elektrik avadanlıqlarının istehsalı 25,6 %, hazır metal məmulatlarının istehsalı 17,7 %, kağız və karton istehsalı 16,2 %, metallurgiya sənayesi məhsullarının istehsalı 15,6 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 13,4 %, tikinti materiallarının istehsalı 12,6 %, qida məhsullarının istehsalı 7,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 7,3 %, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 %, kimya sənayesi məhsullarının istehsalı 4,9 %, toxuculuq sənayesi məhsullarının istehsalı 1,3 % artıb, içkilərin istehsalı 4,0 %, neft məhsullarının istehsalı 4,2 %, əczaçılıq məhsullarının istehsalı 5,2 %, tütün məmulatlarının istehsalı 12,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,4 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,4 % artıb.

Son xəbərlər

Orphus sistemi