Bakı. 19 fevral. REPORT.AZ/ "AvtoVAZ" 2015-ci ildə istehsalı ötən il ilə müqayisədə təqribən 39% artıraraq 712 min avtomobilə çatdırmağı planlaşdırır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə zavodun prezidenti Bu Andersona istinadən "AvtoVAZ"ın mətbuat xidməti məlumat yayıb.
"İstehsalın böyük həcmdə artırılması, həmçinin 2015-ci ilin sentyabrında buraxılışına başlanacaq "Lada Vesta" avtomobili hesabına da baş verəcək, lakin nəticələr 2016-cı ildə məlum olacaq", - deyə "AvtoVAZ"ın rəhbəri bundan əvvəl bildirib.
2014-cü ildə "AvtoVAZ" 511 min 894 ədəd avtomobil istehsal edib.
"AvtoVAZ" öz məhsullarını, əsasən Qazaxıstan, Azərbaycan və Ukraynaya ixrac edir. Məhsullar kiçik həcmdə, həmçinin Avropa, Yaxın Şərq və Latın Amerikası ölkələrinə göndərilir.