Almaniya ən mühüm mineralların idxalından asılılığı azaltmaq üçün əvvəllər bağlanmış mədənləri “açmağa” başlayıb. Mədənlərin bəziləri onilliklər ərzində bağlanıb və ciddi rekonstruksiya tələb olunur.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Financial Times" (FT) qəzeti məlumat yayıb.
Yenidən açılması planlaşdıran mədənlərin siyahısına Almaniyanın cənub-qərbindəki “Kfersteige” daxildir. Bu yataq 27 il əvvəl bağlanıb. Bu müddət ərzində tunelləri sel suları basıb. Hesablamalara görə, 2029-cu ilə qədər mədən ildə 100 min tona qədər hasil edə biləcək ki, bu da Almaniyanın mineral ehtiyacının 40%-ni ödəyəcək. Mədənin yeni sahibi “Deutsche Flussspat” olub.
Hakimiyyət orqanları həmçinin Saksoniyada Almaniya-Çexiya sərhədində böyük litium yatağının işlənməsini planlaşdırır, layihəni Londonda yerləşən “Zinnwald Lithium” şirkəti idarə edəcək. “Vulcan Energy Resources” şirkəti Almaniyanın cənub-qərbindəki Karlsrue yaxınlığındakı Oberraynqrabendə termal sudan litium istehsal edəcək.