“ADA” Universiteti ilə “Azəralüminium” MMC-nin nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
"Report" bu barədə universitetə istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı Universitetin rektoru
Qeyd olunub ki, İT üzrə mütəxəssislərin hazırlanması layihənin ilkin mərhələsidır. Layihənin davamı olaraq biznesin idarəolunması, marketinq və digər sahələr üzrə yeni kadrların hazırlanması, həmçinin elmi potensialdan istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması da nəzərdə tutulur.
“Azəralüminium” MMC və ADA Universiteti arasında həyata keçirilən bu qəbildən layihələr tələbələr arasında biznes ideyalarının yaranması, innovativ təşəbbüslərin gerçəkləşməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair birgə proqramlar həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.