Yuxarı

Hafiz Paşayev

 - 

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini



2006

2006 – avqustun 14-də Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – AR XİN-in Diplomatik Akademiyasının rektoru təyin edilib. 100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir.

1993

1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrində çalışıb.

1975

1975 - 1976 –cı illərdə ABŞ-ın İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.

1984

1984 – cü ildə Doktorluq dissertasiyasını müdafiə edib və fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1971

1971 – Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib. 1971 - 1992 – ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub.

1964

1964 - 1967–ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.

1963

1963–cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.

1941

Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub.