Xalq artisti Teymur Mustafayevin ölümü ilə bağlı yeni açıqlama

Sağlamlıq
  • 12 iyun, 2020
  • 13:44
Xalq artisti Teymur Mustafayevin ölümü ilə bağlı yeni açıqlama
Teymur Mustafayev

"Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, virus insanların vəzifəsinə, mənsubiyyətinə baxmır: “Mərhumda yanaşı xəstəliklər də var idi. Ümumilikdə vəfat edən şəxsin təmasda olduğu şəxslər daim nəzarətə götürülür". 

Son xəbərlər

Bütün Xəbər Lenti