"Heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz. Yalnız ana ağır dərmanlar qəbul edərsə, bunun fəsadları ola bilər".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasıdq
Onun sözlərinə görə, Azərbaycanda son bir neçə aydır ki, ana südü ilə bağlı UNİCEF və Səhiyyə Nazirliyin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyası tərəfindən böyük proqram hazırlanır:
"Bu proqram yalnız bu il deyil, ümumiyyətlə, daim davam edir. Anaların bu sahədə bilikləri yetərincə deyil. Amma tibb işçiləri tərəfindən ana südünün dəstəklənməsi ilə bağlı təbliğat aparılır. Azərbaycan xəstəxanalarında ana südünün verilməməsi ilə bağlı deyilən fikirlər yanlışdır. Mediada bu məsələ şişirdilib. Bəzi həkimlər o qədər də dərk etmirlər. Kimsə özünü reklam edir. Bu, Azərbaycanda tək-tək hallarda baş verir. Mən öz xəstələrimə övladlarını ana südü ilə qidalandırmağı tövsiyə edirəm. "Qurani-Kərim"də də deyilib, tibb də təsdiqləyib ki, uşaqlara iki il ana südü verilməlidir".