Yuxarı

COVID-19-un Azərbaycanda yayılması haqqında ELMİ TƏHLİL

COVID-19-un Azərbaycanda yayılması haqqında ELMİ TƏHLİL

2554

Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev COVID-19 virusu ilə bağlı elmi təhlil aparıb. “Report” N.Abullayevin həmin məqaləsini təqdim edir:

Almaniyada ilk yoluxma zəncirinin araşdırılıması istiqamətində aparılan bir tədqiqatda maraqlı bir fakt üzə çıxır. Belə ki, bu xəstələrin təxminən yarısında dadbilmə və qoxubilmə hissinin itirilməsi faktı aşkarlanır. Bu faktlar elmi ədəbiyyata daxil olduqdan sonra daha bir funksional elmi tədqiqat vasitəsilə həqiqətən COVID-19 virusunun burunda, qoxu bilmə sistemində müəyyən növ hüceyrələri ciddi şəkildə zədələməsi faktı da sübut olundu. 

Amma daha da maraqlısı İrandan olan ən yeni tədqiqatdır. Belə ki, burada 15 000 insan arasında aparılan sorğudan bəlli olur ki, bunlardan 10 000 insanın iy bilməsində ciddi problem yaranıb və hətta bu insanların da 76,2 %-də anidən kəskin şəkildə iy bilmələri itib (birdən-birə heç nəyin iyini hiss etməmək). 

Bu xəstələrin 75%-də isə burun axması ilə yanaşı, qızdırmaya və adi qrip zamanı olacaq simptomlardan da ağır şikayətlərə rast gəlinir. Bu xəstələrin 83,4 %-də dadbilmənin də itməsinə rast gəlinir, hansı ki, Almaniyada aparılan tədqiqatdakı viruslu xəstələrin şikayətləri ilə də üst-üstə düşür. Bu xəstələrin ümumilikdə isə 12,1 %-nin ailə yaxınları da bu xəstəliyə eyni simptomlarla (tənəffüs yollarının infeksiyası) tutulur və ailə üzvlərindən 1 nəfər və ümumilikdə isə 7,8 %-i xəstəxanaya yerləşdirilir. 

Burada ən maraqlı və vacib məqamlardan biri də bu xəstələrin yaxınlarının 48% -də və ev şəraitində ortalama bir nəfər ailə üzvündə də kəskin şəkildə qoxu bilmənin itməsinə rast gəlinməkdir. Bütün bunlar da onu göstərir ki, kəskin şəkildə dad və qoxu bilmənin itməsi bu viruslu xəstələrdə tənəffüs yollarının infeksiyası zamanı olan simptomlarla yanaşı olub və hətta başqalarına yoluxdurmadan sonra tənəffüs yollarının infeksiyası zamanı olan simptomlardan da çox kəskin qoxu bilmənin itməsi rast gəlinir.

Bütün bunlara elmi ədəbiyyatda rast gəlib analiz etdikdən sonra Azərbaycanda da yaxın çevrəm arasında çox kiçik bir sorğu keçirmək qərarına gəldim. Sorğudan birmənalı şəkildə ortaya çıxan o oldu ki, təxminən yanvar ayının ortalarında eyni simptomlarla və hətta kəskin şəkildə dad bilmə və qoxu bilmənin itməsi də daxil olmaqla həmin insanlar bir xəstəlik (COVID-19-mu? – N.A.) keçirib. Nəzərə almalıyıq ki, həmin ərəfədə Almaniya və İrandan Azərbaycana gələn kifayət qədər insanların olması bu virusun daşınmasına şərait yarada bilər. Bu da onu deməyə əsas verir ki, həqiqətən Azərbaycanda bəzi insanların COVID-19-a artıq yanvar ayından tutulması böyük sorğu keçirməklə və tibbi cəhətdən sübut olunarsa - hansı ki, bugünlərdə o mümkün ola bilər – ölkəmizdə virusla mübarizəyə birmənalı şəkildə fərqli təsir göstərər və effektiv mübarizəyə kömək edər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi