Baş həkim: "Bu il yol qəzalarında xəsarət alanların sayında 3 faiz artım olub"

Baş həkim: "Bu il yol qəzalarında xəsarət alanların sayında 3 faiz artım olub" "Ötən illə müqayisədə letallıq 18 faiz azalıb"
Sağlamlıq
30 Dekabr , 2017 11:37
Baş həkim: Bu il yol qəzalarında xəsarət alanların sayında 3 faiz artım olub

Bakı. 30 dekabr. REPORT.AZ/ “Bu il ərzində Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nəzdindəki 12 regional məntəqə və konsultativ bölmə 2590 nəfərə xidmət göstərib”.

“Report” xəbər verir ki, bunu Stansiyanın baş həkimi Mirələm Cəlalov deyib.

Onun sözlərinə görə, məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub.

Baş həkim qeyd edib ki, ötən illə müqayisədə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb.

O, sanaviasiya xətti ilə regionlarda aparılan cərrahi əməliyyatların sayının ötən illə müqayisədə 4 dəfə artdığını (2016-cı ildə 9, 2017-ci ildə 36) deyib: “Regionlarda müasir tibb ocaqlarının istifadəyə verilməsi xəstələrin artıq paytaxtda deyil, öz yaşadıqları yerdə əməliyyat olunmasına imkan verir”.

M.Cəlalov il ərzində kritik vəziyyətdə olan 92 hamilə və zahıya 183 dəfə çağırış edildiyini də bildirib: “Onlardan 32-si Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verilib”.

Son xəbərlər

Orphus sistemi