Ramil Usubov: "Azərbaycan ilk gündən koronavirusla mübarizədə effektli yanaşmasını sübut etdi"

Ramil Usubov: "Azərbaycan ilk gündən koronavirusla mübarizədə effektli yanaşmasını sübut etdi" Azərbaycanın pandemiyanın fəsadlarını aradan qaldırmaq üçün yürütdüyü mübarizəni dünyanın ən nüfuzlu təşkilatları, qurumları, mütəxəssisləri beynəlxalq miqyasda birmənalı şəkildə mükəmməl nümunə kimi dəyərləndirir, uğurlu sayırlar. Bu prosesin nüvə mərkəzi olan Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın təcrübəsindən digər ölkələrin yararlanmasının vacibliyini artıq dəfələrlə bəyan edib. BMT, Qoşulmama Hərəkatı, Türkdilli ölkələrin Əməkdaşlıq Şurası, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də digər təsisatlar ölkəmizin bu sahədəki fəaliyyətini təqdir edir, öyrənirlər.
Sağlamlıq
9 May , 2020 12:36
Ramil Usubov: Azərbaycan ilk gündən koronavirusla mübarizədə effektli yanaşmasını sübut etdi

"Azərbaycanın pandemiyanın fəsadlarını aradan qaldırmaq üçün yürütdüyü mübarizəni dünyanın ən nüfuzlu təşkilatları, qurumları, mütəxəssisləri beynəlxalq miqyasda birmənalı şəkildə mükəmməl nümunə kimi dəyərləndirir, uğurlu sayırlar. Bu prosesin nüvə mərkəzi olan Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın təcrübəsindən digər ölkələrin yararlanmasının vacibliyini artıq dəfələrlə bəyan edib. BMT, Qoşulmama Hərəkatı, Türkdilli ölkələrin Əməkdaşlıq Şurası, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də digər təsisatlar ölkəmizin bu sahədəki fəaliyyətini təqdir edir, öyrənirlər".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib.

"Dövlətimiz Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoydu. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izolyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca effektli yanaşmasını sübut etdi. Azərbaycan ictimaiyyəti, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın əsl vətəndaşlıq missiyasının bir daha şahidi oldu.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu ölkədə genişmiqyaslı sosial aksiyalar həyata keçirir. On minlərlə ailə Azərbaycanda ən səmimi inam, etimad ünvanlarından birinə çevrilən bu fondun yardımından bəhrələnirlər. Ulu Öndərin ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz Azərbaycanın dövlət müstəqilliyinin, milli inkişafının və təhlükəsizliyinin etibarlı təminatçısıdır. Bu gün xalqımız onu hər cür bəlalardan, qlobal təhlükələrdən qoruya bilən, müdafiə edən qüdrətli lider İlham Əliyevə sonsuz güvənc hissi duyur, onun ətrafında sıx birləşərək əbədiyaşar Heydər Əliyevin işıqlı ideallarını, arzularını yaşadır, inkişaf etdirir", - deyə R.Usubov bildirib.

Son xəbərlər

Orphus sistemi