AQTA iki rayonda pestisidlərin və aqrokimyəvi maddələrin satış yerlərində monitorinqlər keçirib

AQTA iki rayonda pestisidlərin və aqrokimyəvi maddələrin satış yerlərində monitorinqlər keçirib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri Bərdə və Tərtər rayonlarında pestisidlərin, eləcə də aqrokimyəvi maddələrin satışı ilə məşğul olan ticarət obyektlərində növbəti monitorinqlər keçirib.
Sağlamlıq
24 Yanvar , 2020 09:38
AQTA iki rayonda pestisidlərin və aqrokimyəvi maddələrin satış yerlərində monitorinqlər keçirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri Bərdə və Tərtər rayonlarında pestisidlərin, eləcə də aqrokimyəvi maddələrin satışı ilə məşğul olan ticarət obyektlərində növbəti monitorinqlər keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, sahibkarlara pestisid və aqrokimyəvi maddələrin daşınması, satışı və tətbiqi sahəsində, eləcə də pestisidlərin təyinatına, preparat formasına və s. təhlükəsizlik qaydalarına görə ayrı-ayrılıqda saxlanması ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, monitorinqlər sınaqdan keçməmiş, istifadə müddəti bitmiş, istifadəsi qadağan olunmuş preparatların satışı və tətbiqinin yolverilməz olduğu, sözügedən halların məsuliyyətinin sahibkarlara izah edilməsi və bu kimi neqativ halların qarşısının alınması məqsədi ilə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi