“COVID-19 epidemiyası əvvəlcədən proqnozlaşdırılan ssenarilərdən birinə uyğun olaraq inkişaf edir: virus getdikcə yoluxucu, lakin daha az ölümcül olur. Bu mövzu ictimaiyyəti narahat edən məsələlər sırasından çıxır. COVID-19 adi SARS-a çevrilir”.
Bunu “Report”un Rusiya bürosuna Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin virusologiya kafedrasının professoru, biologiya elmləri doktoru Aleksey Aqranovski deyib.
O, koronavirus infeksiyası ilə mübarizə üsullarından da danışıb: “Koronavirusa qarşı peyvənd və revaksinasiya indiyədək ən təsirli üsuldur. Doğrudur, peyvənd sizi infeksiyaya yoluxmaqdan xilas edə bilməz. Amma o, şübhəsiz, sizi xəstəxanaya yerləşdirilməkdən xilas edəcək”.
A.Aqranovski əlavə edib ki, peyvənd xəstəliyi ağır keçirmə riskini azaldır: “Peyvənd olunanlar üçün xəstəxanaya yerləşdirilmək və ya ölmək riski peyvənd olunmayanlara nisbətən xeyli aşağıdır. “Kentavr” ştammının virusu peyvənd zamanı yaranan antitellərdən qismən çıxır. Amma peyvənd olunmağın mənası var, çünki o, COVID-19-u ağır keçirmə riskini azaldır”.
Virusoloq həmçinin vurğulayıb ki, yeni “kentavr” ştammı ilə yoluxmalarda xəstəlik “omikron”un digər ştammları kimi keçir.