Hazırda dünya üzrə peyvəndləmə səviyyəsi 5 faizə yaxındır.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, koronavirusa qarşı peyvəndlərin 40 faizi dünya əhalisinin 11 faizini təşkil edən 27 firavan ölkənin sakinlərinə vurulduğu halda kasıb ölkələrin eyni sayda sakinlərinə peyvəndin 1,6 faizi vurulub ki, bu da kasıb ölkələrdə bu işlərin 25 dəfə zəif olmasına dəlalət edir. O cümlədən dünya əhalisinin 4,3 faizini təşkil edən ABŞ-ın payına peyvəndlərin 24 faizi, əhalinin 2,7 faizini təşkil edən Pakistanın isə payına peyvəndləmənin 0,1 faizi düşür.
Dünyanın ən kasıb regionu olan Afrikada peyvəndləmə daha zəif gedir. Belə ki, qitənin 54 ölkəsindən cəmi 3-də əhalinin bir faizindən çoxu peyvəndlənib, 20 ölkədə isə peyvəndləmə işlərinə başlanılmayıb.