ÜST koronavirusun "omikron" ştamı ilə bağlı çağırış edib

ÜST koronavirusun "omikron" ştamı ilə bağlı çağırış edib Koronavirusun yeni "omikron" ştamı ilə bağlı təşvişə düşməyə ehtiyac yoxdur.
Sağlamlıq
395
28 Noyabr , 2021 00:18
ÜST koronavirusun omikron ştamı ilə bağlı çağırış edib

Koronavirusun yeni "omikron" ştamı ilə bağlı təşvişə düşməyə ehtiyac yoxdur.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib.

"Bu ştama qarşı hər hansı peyvəndin effektiv olmayacağı barədə danışmaq çox tezdir. Hazırda mütəxəssislərimiz "omikron"un nə qədər təsirli olub-olmadığını araşdırır. Bu səbəbdən onun peyvənddən yan keçəcəyini söyləmək düzgün deyil", - ÜST rəsmisi qeyd edib.

Vujnovic əlavə edib ki, Afrikada kifayət qədər peyvənd olmadığına görə riskli vəziyyətlər yarana bilər.

Bundan əvvəl ÜST yeni ştamla bağlı fövqəladə iclasdan sonra koronavirusun Afrikada aşkar edilmiş variantından narahatlıq ifadə edib. İsveçrə tibb orqanlarına görə, hazırkı peyvəndlər yeni varianta qarşı daha az təsirli ola bilər.

Son xəbərlər

Orphus sistemi