Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyənləşib

Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyənləşib Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyənləşib.
Sağlamlıq
6 sentyabr 2022 13:51
Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyənləşib

Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyənləşib.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar” və “Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı”nda öz əksini tapıb.

Belə ki, ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşından yuxarı şəxslər üçün meyarlar aşağıdakılardır:

- veno-arterial ekstrakorporal membran oksigenasiyanın (ECMO) aparılması;

- endovaskulyar olmayan, cərrahi yolla implantasiya olunmuş biventrikulyar dəstək cihazının (Biventricular support device) tətbiq edilməsi;

- qan dövranına mexaniki dəstək cihazının (Mechanical circulatory support device) tətbiq edilməsi.

Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşınadək şəxslər üçün meyarlar aşağıdakılardır:

- davamlı süni tənəffüsün aparılması;

- aortadaxili balon cihazının (Intra-aortic balloon pump) tətbiq edilməsi;

- arterial (Botal) axarından asılı olan kiçik və ya böyük qan dövranı (Ductal dependent pulmonary or systemic circulation). Axarın açıq vəziyyətinin stend və ya prostaqlandin infuziyası ilə təmin edilməsi vəziyyəti;

- hemodinamikaya ciddi təsir göstərən ürəyin anadangəlmə qüsuru, eyni zamanda bir neçə inotrop dərman vasitəsi və ya yüksək dozada tək inotrop dərman vasitəsindən istifadə;

- qan dövranına mexaniki dəstək cihazının (Mechanical circulatory support device) tətbiq edilməsi.

Son xəbərlər

Orphus sistemi