"Səhiyyə Nazirliyinin nəzdində ana ölümləri ilə bağlı xüsusi komissiya fəaliyyət göstərir və hər bir ana ölümü təhlil olunur, müzakirəyə çıxarılır. Bu istiqamətdə lazımi tədbirlər görülür.
"Report" xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev VIII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, səhiyyə sahəsində 2022-ci il üçün prioritetlərin də müəyyənləşdirildiyini qeyd edib: "Əsas vətəndaşlarımızın sağlamlığının qorunmasıdır. Digər istiqamət ana və uşaq sağlamlığıdır. Qazilərimiz və şəhid ailələrinin üzvlərinin sağlamlığının qorunması da əsas prioritetdir. Eyni zamanda, müasir bir neçə iri layihələrin həyata keçirilməsi də nəzərdə tutulur".