TƏBİB: "Xalq artistinə bütün zəruri tibbi xidmətlər göstərilir"

TƏBİB: "Xalq artistinə bütün zəruri tibbi xidmətlər göstərilir" TƏBİB Xalq artisti Ənvər Həsənovun son durumu ilə bağlı məlumat yayıb.
Sağlamlıq
31 Avqust , 2022 12:25
TƏBİB: Xalq artistinə bütün zəruri tibbi xidmətlər göstərilir
Ənvər Həsənov

TƏBİB koronavirusa yoluxmuş Xalq artisti Ənvər Həsənovun son durumu ilə bağlı məlumat yayıb.

Qurumdan "Report"a verilən məlumata görə, Xalq artisti Ənvər Həsənovun müalicəsinə TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir.

Bildirilib ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub: "COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün pozitiv çıxıb. Eyni zamanda, avqustun 31-də xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib".

Qeyd olunub ki, hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.

TƏBİB-dən həmçinin bildirilib ki, xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir.

Son xəbərlər

Orphus sistemi