TƏBİB Füzulidə “Ürəyimiz Qarabağda döyünür!” layihəsi keçirəcək

TƏBİB Füzulidə “Ürəyimiz Qarabağda döyünür!” layihəsi keçirəcək Qarabağda TƏBİB-in təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun iştirakı ilə “Ürəyimiz Qarabağda döyünür!” layihəsi həyata keçiriləcək.
Sağlamlıq
24 Sentyabr , 2024 11:58
TƏBİB Füzulidə “Ürəyimiz Qarabağda döyünür!” layihəsi keçirəcək

Qarabağda TƏBİB-in təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun iştirakı ilə “Ürəyimiz Qarabağda döyünür!” layihəsi həyata keçiriləcək.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Layihə çərçivəsində ilk tədbir 25-26 sentyabrda Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq. Kardioloji xəstəliklərin erkən diaqnostikası və xidmət əlçatanlığının artırılması məqsədilə keçirilən layihədə tibbi müayinələr Bakı, Sumqayıt, Göyçay və Şirvan şəhərindən dəvət olunan uzman və ixtisaslı həkimlər tərəfindən həyata keçiriləcək.

“Ürəyimiz Qarabağda döyünür!” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq kardioloji müayinələrdən yararlanmaq istəyən vətəndaşların adıçəkilən tibb müəssisəsinin Qeydiyyat bölməsinə, Ağdam-Ağcabədi Tibbi Ərazi Bölməsi (Xocavənd, Ağdam, Beyləqan, Füzuli, Laçın) üzrə digər rayonların sakinlərinin isə ərazi üzrə rayon mərkəzi xəstəxanalarının Xəstə xidmətləri şöbəsinə müraciət etmələri tövsiyə olunur.

Qeyd edək ki, layihə çərçivəsində bütün tibbi xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində göstəriləcək.

Son xəbərlər

Orphus sistemi