TƏBİB-dən rüşvət ittihamlarına cavab: Bütün həkimlərə nəzarət etmək imkanımız yoxdur

TƏBİB-dən rüşvət ittihamlarına cavab: Bütün həkimlərə nəzarət etmək imkanımız yoxdur Bu günlərdə koronaviruslu xəstələrin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu
Sağlamlıq
1780
21 Dekabr , 2020 17:32
TƏBİB-dən rüşvət ittihamlarına cavab: Bütün həkimlərə nəzarət etmək imkanımız yoxdur

“Bu günlərdə koronaviruslu xəstələrin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu. Açıqlama verdik, belə bir fakt varsa, əlaqə saxlayın, məlumat verin. Bununla bağlı xüsusi nömrə də ayrılıb. Bir daha qeyd edirəm (051) 513-15-42 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] email ünvanına yaza bilərsiniz”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış sosial şəbəkədə paylaşdığı statusunda bildirib.

TƏBİB rəsmisi belə halların mümkün olduğunu bildirib:

“Ortada insan faktoru var. Ölkədə yüzlərlə səhiyyə müəssisəsi və minlərlə tibb işçisi fəaliyyət göstərir. Təxminən 100 nəfərlik əməkdaş heyəti ilə 100 000 nəfərlik bir heyətin bütün üzvlərinə nəzarət etmək üçün fiziki imkanımız yoxdur. Ona görə də sizdən kömək istədik. Topladığımız bütün tutarlı faktları araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəririk”.

Son xəbərlər

Orphus sistemi