TDT-yə üzv ölkələrdə tibb təhsili ilə bağlı vahid standartlar yaradıla bilər

TDT-yə üzv ölkələrdə tibb təhsili ilə bağlı vahid standartlar yaradıla bilər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb təhsili ilə bağlı vahid standartlar müəyyənləşdirilə bilər.
Sağlamlıq
31 Oktyabr , 2022 11:45
TDT-yə üzv ölkələrdə tibb təhsili ilə bağlı vahid standartlar yaradıla bilər

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə tibb təhsili ilə bağlı vahid standartların yaradılmasını təklif edib.

"Report"un xəbərinə görə, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dünya Tibb Konqresinin iclasında bildirib.

O, tədbirin yüksək səviyyədə təşkil olunduğunu və türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb: “İlk dəfə təşkil olunan Türk Tibb Dünyası Konqresi ölkələr arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini, çoxşaxəli istiqamətdə inkişafını və təşkilatın dayanıqlı platforma kimi nüfuzunun artdığının göstəricisidir”.

Türk Dövlətləri Təşkilatı çərçivəsində səhiyyə sektorundakı perspektiv imkanlarından danışarkən T.Musayev deyib ki, üzv və müşahidəçi ölkələrin coğrafi mövqeyi, demoqrafik göstəriciləri, əmək ehtiyatları, ixtisaslı işçi qüvvəsi, bazar həcmi, investisiya şərtləri nəzərə alınmalı mühüm amillərdir: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin ilkin istiqamətləri kimi düşünülə bilir. Xüsusən COVID-19 pandemiyası hər bir ölkənin əczaçılıq məhsulları və tibbi avadanlıqlara olan tələbatını tam təmin etməsinin strateji məsələ olduğunu önə çıxardı. Bu baxımdan, təşkilat çərçivəsində birgə dərman və tibbi avadanlıq istehsalı imkanlarını nəzərdən keçirməyi yüksək qiymətləndiririk”.

Son xəbərlər

Orphus sistemi