Şəkər bağırsaq iltihabına səbəb olur

Şəkər bağırsaq iltihabına səbəb olur Amerikalı alimlər yüksək şəkərli qidaların bağırsaq mikrobiomunun pozulmasına səbəb olduğunu müəyyən ediblər.
Sağlamlıq
3207
3 Noyabr , 2020 05:09
Şəkər bağırsaq iltihabına səbəb olur

Amerikalı alimlər yüksək şəkərli qidaların bağırsaq mikrobiomunun pozulmasına səbəb olduğunu müəyyən ediblər.

“Report”un məlumatına görə, nəticələr “Science Translational Medicine” jurnalında dərc edilib.

Yaralı kolit kimi iltihablı bağırsaq xəstəliyindən dünyada 3,5 milyon insan əziyyət çəkir. İltihablı bağırsaq xəstəliyi özünü şiddətli ishal, qarın ağrısı ilə göstərir və xüsusilə Qərb ölkələrində geniş yayılıb. Tədqiqatlar göstərir ki, bu xəstəliyin uşaqlar arasında yayılması 1980-ci illərdən bəri durmadan artır. Bir çox alimlər bu xəstəliyin geniş yayılmasının əsas səbəbini yüksək şəkərli və kalorili qidaları özündə ehtiva edən Qərb pəhrizində görür.

Dallasdakı Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzindən Şahanşah Xanın rəhbərlik etdiyi amerikalı bioloqlar siçanlar üzərində laboratoriya təcrübələri aparıb. Məlum olub ki, yüksək şəkərli qidalarla bəslənən gəmiricilər bağırsaq iltihabına daha çox həssasdılar.

Yüksək şəkərli qida qəbul etdikdən üç gün sonra siçanların bağırsaqlarında iltihabi proseslər başlayıb. Müəlliflər şəkərlərin bağırsaq mikrobiomunun tərkibini dəyişdirdiyini aşkarlayıblar.

Son xəbərlər

Orphus sistemi