Qida subyektləri və obyektlərinin risk göstəriciləri ilə bağlı vahid məlumat bazası yaradılıb

Qida subyektləri və obyektlərinin risk göstəriciləri ilə bağlı vahid məlumat bazası yaradılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)qida təhlükəsizliyinin təmin edilməsi sahəsində qeydiyyat, təsdiq və sertifikatlaşdırma sistemi müasir tələblərə uyğun olaraq təkmilləşdirib.
Sağlamlıq
988
16 İyul , 2020 12:54
Qida subyektləri və obyektlərinin risk göstəriciləri ilə bağlı vahid məlumat bazası yaradılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi sahəsində qeydiyyat, təsdiq və sertifikatlaşdırma sistemi müasir tələblərə uyğun olaraq təkmilləşdirib.

AQTA-dan "Report"a verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida subyektləri və obyektləri, habelə qida məhsullarının istehsalı və ticarət axınları üzrə məlumat bazasının yaradılmasına xidmət edən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) yeni versiyası yaradılıb.

Qida subyekt və obyektləri sistemdə qeydiyyatdan keçirilib və hədəflərə nail olunub. Bundan başqa qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sistemi formalaşdırılıb.

AQTİS sistemində qida subyektləri və obyektlərinin risk göstəriciləri ilə bağlı vahid məlumat bazası yaradılıb. AQTİS sistemində qeydiyyatdan keçirilmiş obyekt və subyektlər üzrə risk qiymətləndirilmələri aparılıb.

Yeni sistemdə müvafiq əməliyyatlar avtomatlaşdırılmış formada icra olunur.

Son xəbərlər

Orphus sistemi