Peyvənd olunan baş həkim: "Özümü yaxşı hiss edirəm"

Peyvənd olunan baş həkim: "Özümü yaxşı hiss edirəm" Ə.Tağıyev peyvənd olunduğunu qeyd edib
Sağlamlıq
12 Fevral , 2021 17:11
Peyvənd olunan baş həkim: Özümü yaxşı hiss edirəm
Ələkbər Tağıyev

“Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında çalışan tibb işçilərinin təxminən 95 %-dən çoxu koronavirus əleyhinə peyvəndin birinci dozasını vurdurub. Peyvənddən sonra onların heç birinin səhhətlərində problem olmayıb. Yaxın günlərdə onlar ikinci dozanı vurduracaqlar”.

Bunu “Report”a açıqlamasında xəstəxananın baş həkimi Ələkbər Tağıyev deyib.

Onun sözlərinə görə, bu gün üçün bir çox ölkələr vaksinasiya prosesinə başlamaq istəsələr də, buna nail ola bilməyiblər: “Azərbaycan isə peyvənd tətbiq edilən qabaqcıl ölkələr sırasındadır. COVID-19-la mübarizə və vaksinasiya prosesində öndə gedən ölkələrdənik”.

Baş həkim bildirib ki, peyvənd vurdurmaqla orqanizmdə immun sistemini gücləndirmək mümkündür: “Peyvənd vasitəsilə orqanizmdə anticisimlər yaranmış olur, bununla da insan orqanizmi virusa qarşı mübarizə apara bilir. Vaksin edildikdən sonra əhalinin çox hissəsində immunitet yaranacaq. Nəticədə pandemiya ilə mübarizədə qalib gəlmək mümkün olacaq. Vətəndaşlara tövsiyə edərdim ki, hər kəs bu prosesə qoşulsun. Azərbaycanda istifadə edilən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksininin tərkibində insan orqanizmi üçün hər hansı zərərli maddə yoxdur. Çünki həmin vaksin ölkəyə gətirilərkən qarşıya iki məqsəd qoyulmuşdu. Bu da vaksinin keyfiyyətli və təhlükəsiz olması idi. Bir sözlə, vaksin insan orqanizmi üçün təhlükəsizdir”.

Ə.Tağıyev özünün də peyvənd olunduğunu qeyd edib: “Bir neçə gündən sonra ikinci dozanı da vurduracağam. İlk dozanı vurdurduqdan sonra səhhətimdə heç bir problem olmayıb və bu gün üçün də özümü yaxşı hiss edirəm”.

Son xəbərlər

Orphus sistemi