Pediatr uşaqlara dərman preparatlarının verilməsi ilə bağlı valideynlərə çağırış edib

Pediatr uşaqlara dərman preparatlarının verilməsi ilə bağlı valideynlərə çağırış edib Kəskin respirator viruslara qış-payız mövsümündə daha çox rast gəlinir.
Sağlamlıq
20 Dekabr , 2023 15:11
Pediatr uşaqlara dərman preparatlarının verilməsi ilə bağlı valideynlərə çağırış edib

Kəskin respirator viruslara payız-qış mövsümündə daha çox rast gəlinir.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva deyib.

Onun sözlərinə görə, mütəxəsislər tərəfindən düzgün müayinə aparılmadıqda fəsadlar yarana bilər.

“Uşaqlarda böyüklərdən fərqli olaraq hər yaş dövründə immun sisteminin kritik vaxtı olur. Respirator xəstəliklərə daha çox 1-7 yaş arsında baxçaya gedən və ilkin məktəb dövründə olan uşaqlarda rast gəlinir. Belə ki, xəstə digər uşaqla təmasda olanda bu virus ona da keçə bilər”, - pediatr deyib.

O vurğulayıb ki, həkim təyinatı olmadan uşaqlara dərman preparatlarının verilməsi məsləhət görülmür: "Dərmanlar uşaqların yaşına, çəkisinə və hər bir orqanın patologiyasına görə müəyyən edilməlidir”.

Son xəbərlər

Orphus sistemi