Müfəttiş: "İynə vurulması, sistem qoşulması halları aşkarlanan apteklər məsuliyyətə cəlb edilə bilər"

Müfəttiş: "İynə vurulması, sistem qoşulması halları aşkarlanan apteklər məsuliyyətə cəlb edilə bilər" “Apteklərdə iynə vurulması və ya sistem qoşulması halları aşkar edildikdə həmin aptek qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilər”.
Sağlamlıq
7 Mart , 2023 14:59
Müfəttiş: İynə vurulması, sistem qoşulması halları aşkarlanan apteklər məsuliyyətə cəlb edilə bilər

“Apteklərdə iynə vurulması və ya sistem qoşulması halları aşkar edildikdə həmin aptek qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilər”.

“Report”un xəbərinə görə, bunu Analitik Ekspertiza Mərkəzinin müfəttişi Elvin Nağıyev deyib.

Onun sözlərinə görə, yalnız həyat üçün təhlükə yarandığı halda apteklərə gətirilən xəstələrə ilkin tibbi yardım göstərilə bilər:

“Burada ilkin yardım kimi qanda şəkərin miqdarının təyin olunması, arterial təzyiqin, bədən hərarətinin, boyun və çəkinin ölçülməsi kimi üsullardan istifadə oluna bilər. Aptek təşkilatlarında iynə vurulmamalı, sistem qoşulmamalıdır”.

“Ümumiyyətlə səhhətində narahatlıq hiss edən şəxslərin təcili tibbi yardıma, yaxud xəstəxanalara müraciət etmələri daha məqsədə uyğundur”-, E. Nağıyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi