Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Qanın milləti yoxdur" adlı aksiya keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Qanın milləti yoxdur" adlı aksiya keçirilib Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) dəstəyi ilə Moskvada "Qanın milləti yoxdur" adlı növbəti xeyriyyə aksiyası keçirib.
Sağlamlıq
290
13 Dekabr , 2021 14:55
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Qanın milləti yoxdur adlı aksiya keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı növbəti donor aksiyası keçirilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, RAGB və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Qan Mərkəzində təşkil olunan aksiyada Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Gənclərin xeyriyyə məqsədilə qanvermə aksiyasında fəal iştirak etdiyini bildirən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan tələbə klubunun sədri Simarə Məmmədova aksiyanı keçirməkdə məqsədin onkoloji və digər ağır xəstəliklərdən, o cümlədən COVID-19-dan əziyyət çəkən xəstələrə yardım etmək olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ildə iki dəfə keçirilən aksiyanın artıq ənənəyə çevrildiyini bildirən RAGB-nin məsul katibi Ceyhun Hüseynov deyib: “13 ildir ki, “Qanın milliyyəti yoxdur” qanvermə aksiyası keçirilir. Hər il olduğu kimi azərbaycanlı gənclər bu xeyriyyə aksiyasında fəal iştirak edirlər”.

Qan Mərkəzinin nümayəndəsi, həkim-transfuzioloq Tatyana Kirillova RAGB ilə uzun müddətdir davam edən əməkdaşlıqdan danışıb, aksiyaya görə birliyin rəhbərliyinə təşəkkürünü bildirib. O, azərbaycanlı gənclərin xeyriyyə aksiyasında iştirakını yüksək qiymətləndirərək, bu ənənənin uzun illər davam edəcəyinə əminliyini ifadə edib.

“Qanın milliyyəti yoxdur” aksiyası üç gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi