İmmunitet hüceyrələrinin qocalmasını sürətləndirən infeksiya aşkar edilib

İmmunitet hüceyrələrinin qocalmasını sürətləndirən infeksiya aşkar edilib Malyariya immun hüceyrələrdə DNT zədələnməsinə səbəb ola bilər. Bu təsir xroniki xəstəliklərin inkişafına və sürətlənmiş yaşlanmaya kömək edə bilər.
Sağlamlıq
3 May , 2024 03:13
İmmunitet hüceyrələrinin qocalmasını sürətləndirən infeksiya aşkar edilib

Malyariya immun hüceyrələrdə DNT zədələnməsinə səbəb ola bilər. Bu təsir xroniki xəstəliklərin inkişafına və sürətlənmiş yaşlanmaya kömək edə bilər.

“Report” xəbər verir ki, bu barədə “American Journal of Human Genetics” (AJHG) jurnalında dərc edilən araşdırmada qeyd olunub.

Vurğulanıb ki, telomerlər təkrarlanan DNT ardıcıllığının bölgələridir. Onlar xromosomların uclarını bölünmə zamanı zədələnmədən qoruyurlar. Bədəndəki hər hansı bir hüceyrə bölündükdə telomerlər qısalır. Bu proses yaşlandıqca təbii olaraq baş verir.

Çox qısa telomerlər DNT zədələnməsi və əlaqəli xəstəliklərin riskini artırır. Afrika mənşəli insanlar qeyri-afrikalı insanlara nisbətən immun hüceyrələrində və ağ qan hüceyrələrində daha uzun telomerlərə malikdirlər.

Yeni araşdırmada elm adamları Afrikanın etnik cəhətdən müxtəlif bölgələrindən olan Tanzaniya, Botsvana, Efiopiya və Kamerundan olan 1818 yetkin insanın qan hüceyrələrinin DNT-sini təhlil ediblər.

Məlum olub ki, malyariya xəstəliyinin yayıldığı ərazilərdə yaşayan insanlarda ağ qan hüceyrələrindəki telomerlər daha qısa olur. Ən qısa olanlar Kamerunlular, ən uzunları isə Botsvanalılar arasında idi.

Alimlər təklif ediblər ki, telomerlərin qısalmasının səbəbi malyariya zamanı qırmızı qan hüceyrələrinin (eritrositlərin) məhv olması ola bilər.

Son xəbərlər

Orphus sistemi