Hande Harmancı: "Azərbaycanda "Omikron"a yoluxma sayında yüksək artım var"
Sağlamlıq
- 07 fevral, 2022
- 07:04
"Dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun "Omikron" ştamına yoluxma sayında yüksək artım müşahidə edilir".
"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "Omikron"a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: "Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər".
H.Harmancı qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik".
Son xəbərlər
12:44
30 ailədən ibarət növbəti köç karvanı Xocalıya çatıb
Daxili siyasət12:43
"Arsenal" afrikalı futbolçunu 100 milyon avro qarşılığında heyətinə qata bilər
Futbol12:38
Naxçıvanda bank əmanətləri 50 % artıb
Maliyyə12:36
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya12:36
Naxçıvanda kənd təsərrüfatı istehsalı cüzi artıb
ASK12:32
Naxçıvanın xarici ticarət dövriyyəsi 19 % artıb
Biznes12:31
İntizam Komitəsi Azərbaycan Kubokunun oyununa çıxmayan komandaya texniki məğlubiyyət verib
Futbol12:28
Naxçıvanda orta aylıq əməkhaqqı 5 % artıb
Maliyyə12:27