"Koronavirus pandemiyası dövründə vərəmlə yoluxma diaqnozunda nəzərəçarpacaq dərəcədə azalma qeydə alındı".
"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Yaponiya-Azərbaycan Dostluq ili -2022 kontekstində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan konfransda çıxışı zamanı deyib.
ÜST rəsmisi bildirib ki, vərəm artıq texniki problem deyil, onun müalicə edilməsi üçün müayinə imkanları var:
"COVID-lə mübarizədə biz peyvəndlər və dərmanlar hazırlamalıydıqsa, vərəmin müalicəsi üşün artıq bizim bütün imkanlarımız var. Yalnız əməkdaşlıq etməliyik və diqqət artırmalıyıq. İnnovasiya gələcəyin inkişaf açarıdır və ancaq bu şəkildə irəliləyə bilərik. Azərbaycanda bu sahədə mövcud qanunvericiliyin mütəmadi şəkildə nəzərdən keçirilməsi yaxşı haldır. Bizim dəstəyimizə ehtiyac varsa, kömək etməyə hazırıq".