“COVID-19-a yoluxma sayında artım hər kəsi narahat edir. Bəzi yerlərdə avadanlıq və testlər kifayət qədər olsa da, tələbatın artmasından test nəticələri gec çıxır”.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı qurumun Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqində deyib.
H.Harmancı qeyd edib ki, pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir göstərib:
“Ümumilikdə bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər. Təcili tibbi yardım maşınları COVID-19-a yoluxma sayının artması səbəbindən daha gərgin işləyirlər. Missiyanın əsas nəticələri ondan ibarətdir ki, ümumi əhali üçün psixoloji və sosial dəstəyin artırılması, insanların həyatlarını xilas etmək və səhiyyə yükünün artırılması üçün yoluxma sayının artırılmasını dayandırılması, tibb işçilərinin qorunması və s. ÜST ən çox təsirə məruz qalan bölgələrə yardım göstərmək üçün yardımını davam etdirəcək".