Əli Əsədov: "Azərbaycanda 277 dərmanın qiyməti dəyişib"

Əli Əsədov: "Azərbaycanda 277 dərmanın qiyməti dəyişib" "Azərbaycanda 277 dərmanın qiyməti dəyişib".
Sağlamlıq
9 Dekabr , 2022 12:07
Əli Əsədov: Azərbaycanda 277 dərmanın qiyməti dəyişib

"Azərbaycanda 277 dərmanın qiyməti dəyişib".

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsini Tarif Şurası müvafiq qaydalara uyğun həyata keçirir: "Şuranın tənzimlədiyi 13 493 adda dərmandan son qiymət artımı səbəbindən 277 adda dərmanın qiyməti dəyişib. Bu da ümumi dərmanların 2 %-ni təşkil edir. Onlardan da 126-sı Rusiya, Ukrayna və Belarus istehsalıdır. Bu ölkələrdən dərman idxalında qiymət artımı qaçılmaz idi. Son zamanlar bir neçə adda dərman çatışmazlığı, təchizatı məsələsində problemlər qaldırılıb və hökumət bunu da ciddi nəzarətə götürüb".

Baş nazir həmçinin möcud qanunvericiliyə görə fiziki şəxslərin şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini ölkəyə gətirə bildiyini də xatırladıb: "Məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan “şəxsi istifadə üçün zəruri olan miqdar”ın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıq verilib. Fürsətdən istifadə edərək Milli Məclisin Səhiyyə komitəsinin üzvlərini müzakirələrdə iştirak etməyə və öz dəyərli təkliflərini verməyə dəvət edirəm".

Son xəbərlər

Orphus sistemi